Sərxoş usta müştərinin maşını ilə qəza törətdi

Sərxoş usta müştərinin maşını ilə qəza törətdi

Sərxoş usta müştərinin maşını ilə qəza törətdi

Xətai rayonu, Ramiz Quliyev küçəsində sərxoş sürücü qəza törədib. APA-nın məlumatına görə, müştərisinin maşınını içkili vəziyyətdə idarə edən usta "10 LK 483" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili yol kənarında dayanan "Toyota" və digər bir "Mercedes" markalı avtomobilə vurub. Hadisə şahidlərinin məlumatına görə, sərxoş sürücü yolun ortasında dayandıqdan sonra dönmə əməliyyatı zamanı idarə etdiyi maşını sürətlə yol kənarında dayanan avtomobillərə çırpıb. Nəticədə sərxoş sürücü yüngül xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə gələn Təcili Yardımda yaralı sürücüyə ilkin tibbi yardım göstərildikdən sonra o, polis şöbəsinə aparılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top