Rayonlara gedən avtobusların sayı artırılacaq

Rayonlara gedən avtobusların sayı artırılacaq

Rayonlara gedən avtobusların sayı artırılacaq

Novruz bayramı ilə əlaqədar olaraq Bakı Beynəlxalq Avtovağzalı rayonlara gedən avtobusların sayını artıracaq. Сars-az xəbər verir ki, bu barədə publika.az-a Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.

O bildirib ki, bayram günləri sıxlığı nəzərə alaraq xəttə əlavə 250 marşrutun çıxarılması nəzərdə tutulur: “Biletlərin online satışı daha çoxdur. Demək olar ki, 18-19 mart tarixlərinə olan biletlər artıq satılıb”.

Avtovağzal rəsmisi sıxlıqla əlaqəli süni qiymət artımının olmayacağını deyib:

“Avtovağzalda biletlərin qiymətinə nəzarət edən komissiya var. Komissiya gediş haqlarının qiymətində süni artım olmamasına nəzarət edir. Hələlik bizə bu istiqamətdə şikayət daxil olmayıb”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən Novruz bayramı ilə münasibətilə 8 gün ( 20-27 mart) qeyri-iş günü olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top