10.03.2016
Gündəm
Sürücülərin DİQQƏTİNƏ! - Bu yol bağlandı
Atatürk prospektinin Məmməd Araz küçəsi (keçmiş Teymur Əliyev küçəsi) ilə kəsişməsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. NİİM-dən Сars-az-a verilən məlumata görə, Məmməd Araz küçəsinin Atatürk prospektindən Azadlıq prospekti istiqamətində olan hissəsi isə açıqdır. Göstərilən istiqamətdə hərəkət edən avtomobil sürücülərindən bunu nəzərə almaları tövsiyə olunur.
Qeyd edək ki, paytaxtın Ceyhun Səlimov küçəsi də Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar uzun müddətə bağlanıb.