Paytaxtda daha bir yol bağlandı

Paytaxtda daha bir yol bağlandı

Atatürk prospektinin Məmməd Araz küçəsi (keçmiş Teymur Əliyev küçəsi) ilə kəsişməsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Сars-az xəbər verir ki, bu barədə NİİM-dən verilən məlumata görə, Məmməd Araz küçəsinin Atatürk prospektindən Azadlıq prospekti istiqamətində olan hissəsi isə açıqdır.

Göstərilən istiqamətdə hərəkət edən avtomobil sürücülərindən bunu nəzərə almaları tövsiyə olunur.

Qeyd edək ki, paytaxtın Ceyhun Səlimov küçəsi də Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar uzun müddətə bağlanıb.

http://img.milli.az/2016/03/10/map.png

Dostlarınla paylaş


Şərhlər


Top