09.03.2016
Gündəm
Azərbaycan ərazisi ilə yükdaşıma xeyli artıb
2016-cı ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycan ərazisi vasitəsilə Mərkəzi Asiyaya 1500-dən çox yük avtromobili göndərilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 7 dəfədən çox üstələyir. Сars-az trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclasında deyib.