09.03.2016
Gündəm
Türkiyədə benzinin qiyməti “oynayır”
Dünya bazarında neftin qiymətinin 40 dolları keçməsi Türkiyədə benzin, mühərrik yanacağı, maye-qaz və qara məhsulların qiymətində artıma səbəb olub. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, benzin və mühərrik yanacağının hər biri 8, maye-qaz 6, qara məhsullar isə 7 qəpik bahalaşıb.
Yeni qiymətlər bu gecə yarısından etibarən keçərli olacaq.