Qəzada sürücünün qolu sındı

Qəzada sürücünün qolu sındı

Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektində gecə saatlarında yol nəqliyyat hadisəsi baş verib. Anspress-in verdiyi məlumata görə, şahidlər bildirib ki, qəza törədən avtomobildə bir neçə sərnişin olub ki, onlardan sadəcə sürücünün qolu sınıb. HadIsə yerinə təcili yardım gələrək xəsarət alan şəxsi yaxınlıqdakı xəstəxanalardan birinə aparıb. Bundan başqa, qəza törədən sürücünün içkili olduğu da deyilir.

Qeyd edək ki, həmin avtomobildə qırmızı lent bağlanıb ki, ehtimala görə avtomobildə olanlar toydan qayıdırmış. Hadisənin necə baş verməsi barədə dəqiq məlumat yoxdur.

Dostlarınla paylaş


Şərhlər


Top