04.11.2015
Gündəm
Bakıda avtobus aşdı: yaralılar var
Bakıda avtobus qəzası baş verib. Hadisə Qaradağ rayonu ərazisində, “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. 196 saylı xətt avtobusunun aşması nəticəsində xeyli sayda sərnişinin xəsarət aldığı bildirilir. Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, avtobus qəzasında xəsarət alanlardan 7-si təcilli yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər yaralılar isə fərdi maşınlarla xəstəxanaya aparılıb. Hazırda hadisə yerində araşdırma aparılır.