Bu şirkətin avtomobilləri nasaz çıxdı

Bu şirkətin avtomobilləri nasaz çıxdı

ABŞ Konqressində “General Motors” şirkətinin rəhbəri sərt tənqid edilib. Anspress-in məlumatına görə, Amerika siyasətçiləri şirkətin öz avtomobillərinin təhlükəsizlik sisteminin nasaz olması barədə xəbərlərə gec reaksiya verməsini sərt tənqid ediblər. GM alışma açarlarında problem olan avtomobilləri gec geri çağırdığına görə artıq 35 milyon dollar cərimə edilib. Ən azından 13 avtomobildə baş vermiş qəza bu problemdən qaynaqlanır.

ABŞ konqressinin komitə üzvlərinin suallarına cavab verən GM başçısı Meri Barra bildirib ki, konsern daxilindəki dərin problemləri həll edənə qədər rahatlıq tapmayacaq.

Dostlarınla paylaş


Şərhlər


Top