Maşın dərəyə aşıb, sürücü ölüb

Maşın dərəyə aşıb, sürücü ölüb

Şamaxı-Muğanlı-İsmayıllı yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə ötən gecə yolun 16-cı kilometrliyində, İsmayıllı rayonunun Basqal kəndi ərazisində qeydə alınıb. Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Rəşidov Qərib Rəşid oğlunun idarə etdiyi 90-NR-478 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb və dərəyə aşıb. Hadisə zamanı maşında tək olan sürücü dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top