Bakıda dəhşətli qəzanın FOTOları
Nobel prospektində baş verən yol qəzasının təfərrüatları məlum olub. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Qəza zamanı “Mercedes” markalı 3 avtomobil , “VAZ 2107” və “Ford Focus” markalı avtomobillər toqquşub. Nəticədə 2 nəfər ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
***
Bakı şəhərində baş verən yol qəzası tıxaca səbəb olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Alfred Nobel prospektində ("Ağ şəhər"in qarşısı) baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.