04.12.2015
Gündəm
Polislərə əlavə səlahiyyətlər verildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Polis haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi müzakirə olunub. Cars-az xəbər verir ki, layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Qəbul olunan layihəyə əsasən, Azərbaycanda polislər fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tədbiqindən terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda da istifadə edə biləcək.