04.12.2015
Gündəm
Polis maşınını atəşə tutdular: 2 ölü 1 yaralı
Rusiyada naməlum şəxslər polis maşınını atəşə tutublar. Cars-az xəbər verir ki, hadisə Sankt-Peterburqda baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində iki polis əməkdaşı ölüb, biri yaralanıb. "Life News" telekanalının xəbərində isə bildirilir ki, naməlum şəxslərin hücumuna inkassasiya avtomobilini müşayiət edən OMON maşını məruz qalıb.