04.12.2015
Gündəm
Yol qəzasında yaralansanız qorxmayın
İnkişaf etmiş ölkələrdə geniş yayılan yeni tibbi xidmət növü sayəsində hər hansı bir avto qəza zamanı sürücünün sağlamlığı ilə bağlı bütün xərcləri bu xidmət öz üzərinə götürür.
Cars-az atv.az-a istinadən xəbər verir ki, Azərbaycanda da bu tipli "Yolkart" adlanan xidmətin tətbiqinə başlanıb. Belə ki, kart sahibi olan sürücü başqa bir şəxsin avtomobilində qəzaya düşsə belə xidmətdən yararlana bilər.