Ağdaşda rəhbərlik yanacağa qənaət edir

Ağdaşda rəhbərlik yanacağa qənaət edir

Cars-az xəbər verir ki, bu barədə ölkə.az-ın əməkdaşı Ağdaş rayonunda fəhlələrə qarşı qeyri-insani münasibətin şahidi olub.

Belə ki, rayon mərkəzinin təmizliyinə məsul işçilərin öz işlərini görməyi azmış kimi, onlara traktor qoşqusu da qoşulur. Videodan da aydın görünür ki, yaxınlıqda traktor ola-ola qoşqunu fəhlələr dartırlar. Adlarının açıqlanmasını istəməyən fəhlələr bildiriblər ki, bu "yeniliyi" yanacağa qənaət etmək üçün ediblər: "Rəhbərlik deyib ki, yanacağa qənaət edin. Ona görə qoşqunu özümüz dartırıq".

Dostlarınla paylaş


Şərhlər


Top