“Həzi Aslanov”da eskalator bir aylıq təmirə dayandırılır

“Həzi Aslanov”da eskalator bir aylıq təmirə dayandırılır

“Həzi Aslanov”da eskalator bir aylıq təmirə dayandırılır

“Həzi Aslanov” stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib.

Сars-az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən oxu.az-a məlumat daxil olub. Məlumatda qeyd edilir ki, bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. Sabahdan etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq.

Bir saylı eskalatorun aprelin 7-si sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.

“Bakı Metropoliteni” QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Dostlarınla paylaş


Şərhlər


Top