21.01.2016
Gündəm
Bakının avtomobil ehtiyat hissələri bazarında icarə haqqı azaldılıb
Bu gün Bakının Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri satılan bazarda dükan sahibi olan bir qrup sahibkar icarə haqqının azaldılmasını tələb edib.
Сars-az xəbər verir ki, sahibkarlar manatın məzənnəsinin dəyişməsi ilə bağlı müştəri qıtlığından əziyyət çəkdiklərini, gəlirlərinin azaldığını əsas gətirərək, icarə haqqının azaldılmasını istəyiblər.
Sahibkarlar apa-ya bildiriblər ki, bazar rəhbərliyi onların tələbinə uyğun olaraq, icarə haqqını 10 faiz azaldıb.
Xatırladaq ki, sahibkarlar iki gün öncə də eyni tələblə çıxış ediblər.