21.01.2016
Gündəm
Bakı metrosu ilə 222 mln. sərnişin daşınıb - Ötən il
Ötən il Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb.
Сars-az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 222 mln. nəfərə çatıb.
Bu göstərici ötən il ilə müqayisədə 3% artıb. Ümumilikdə 2015-ci ildə nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,7%-i metronun payına düşür.