21.01.2016
Gündəm
Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayında 80%-lik – AZALMA
Ötən il Gürcüstandan Azərbaycana 63 567,3 min dollar dəyərində 3 455 ədəd minik avtomobili ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 098 ədəd avtomobil və ya 80,3% azdır.
Сars-az xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsinin 2015-ci il üçün açıqladığı hesabatda bildirilib.
Qeyd edək ki, 2014-cü ildə Gürcüstandan Azərbaycana 267 957,9 min dollar dəyərində 17 553 ədəd, ötən il isə 63 567,3 min dollar dəyərində 3 455 avtomobil ixrac edilib.