“BakuBus” avtobusu çat verdi - Fotolar

“BakuBus” avtobusu çat verdi - Fotolar

8-ci mikrorayonda yol-nəqliyyat hadisəsi baş verib. "Azadlıq" metrostansiyası yaxınlığında qeydə alınan qəzada, "BakuBus" avtobusu "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə hər iki maşına ziyan dəyib, xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə səbəb minik maşınının dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. "Mercedes" markalı avtomobil sürücüsünün qadın olduğu deyilir. Marşrut üzrə yenicə hərəkət edən nəqliyyat vasitəsi qəza nəticəsində yolda qalıb, sərnişinlər avtobusu tərk edib. Bununla yanaşı hadisə marşrut intervalının yubanmasına səbəb olub. Əraziyə yol polisi əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

İslamınsəsi

Dostlarınla paylaş


Şərhlər


Top