Avtomobil qaçıranlar ələ keçdi

Avtomobil qaçıranlar ələ keçdi

Abşeron rayonu ərazisindən Sənan Hüseynova məxsus avtomobili qaçırmış şəxslər tutulublar. Сars-az-ın DİN-in saytına istinadən məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Abşeron rayonu ərazisindən S.Hüseynova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış Bakı şəhər sakini Niyyətəli Mənafov, Naftalan şəhər sakini Teymur Əliyev və İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Abbasov saxlanılıblar.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top