21.01.2016
Gündəm
Jurnalistlərin avtomobili atəşə tutuldu: 7 ölü, 25 yaralı
Əfqanıstanın Kabul şəhərində terrorçular yerli televiziyalardan birinə məxsus avtobusu partladıblar. Сars-az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, 25-i yaralanıb.
Bununla bağlı hücuma məruz qalan "Tolo" telekanalı məlumat yayıb. Hücuma görə “Taliban” terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, hadisə Rusiyanın Kabul şəhərindəki səfirliyi önündə baş verib.