Bakıda avtomobil qaçırmış şəxs yaxalandı

Bakıda avtomobil qaçırmış şəxs yaxalandı

Bakıda avtomobil qaçırmış şəxs yaxalandı

Bakıda avtomobil qaçırmış şəxs tutulub. Сars-az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 9-na keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsindən qəsəbə sakini Tofiq Xabibulinə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Xətai RPİ 36-cı PB və Xətai Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobil rayon ərazisində saxlanılıb və hadisəni törətmiş Bakı şəhər sakini Emil Allahverdiyev saxlanılaraq Qaradağ RPİ 10-cu PB-yə təhvil verilib. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top