Avtobus marşrutlarının dəyişdirilməsi təxirə salındı

Avtobus marşrutlarının dəyişdirilməsi təxirə salındı

Avtobus marşrutlarının dəyişdirilməsi təxirə salındı

1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, bu barədə “Baku Bus” MMC-dən bildirilib. Belə ki, 1 saylı marşrut avtobusu sabahdan deyil, təqribən 6-7 gün sonra fəaliyyətə başlayacaq. Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.

Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top