Marşrut xətlərində edilmiş dəyişikliklə bağlı – RƏSMİ AÇIQLAMA

Marşrut xətlərində edilmiş dəyişikliklə bağlı – RƏSMİ AÇIQLAMA

Marşrut xətlərində edilmiş dəyişikliklə bağlı – RƏSMİ AÇIQLAMA

Bakıda mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub.

Cars-az xəbər verir ki, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının Oxu.Az-a verdiyi məlumata görə, buna səbəb “Baku-Bus” MMC-nin 1 saylı marşrut avtobusunun fəaliyyətə başlamasıdır.

1 saylı marşrut avtobusunun hərəkət cədvəli:

“Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti – “28 May” metro stansiyası istiqamətində olacaq.

Məlumata əsasən, 100 saylı marşrut xətti isə ləğv edilərək 136 saylı marşrut daşıycısının xidmətinə verilib.

Hərəkət cədvəlində dəyişiklik edilən digər avtobusların siyahısnı və marşrutunu təqdim edirik:

11 nömrəli marşrutun əvvəlki xətti:

Sadıqcan küçəsi. – “H.Aslanov” metro st.dan Q.Qarayev pr. ilə “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Xətai pr. – Süleymanov küç. – Azadlıq pr. – S.Rəhimov küç. (son)

Yeni xətlə:

“H.Aslanov” metro st.dan Q.Qarayev pr. ilə “Koroğlu” metro st. – Ziya Bünyadov pr. – Ə.Rəcəbli küç. – Ak.H.Əliyev küç. – “Gənclik” metro st. – Ağaoğlu küç. – Xətai pr. (son) olmaqla əvəz olunub.

38 nömrəli marşrutun əvvəlki xətti:

Keşlə qəs. – H.Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – A.Nemətulla küç. – “N.Nərimanov” metro st. – F.Xoyski küç. – S.Vurğun küç.

Yeni xətlə:

Keşlə qəs. – H.Əliyev pr. – “Şəfa” stadionu – M.Nərimanov küç. (tunel) – “Ulduz” metro st. – Heydər Əliyev prospekti – A.Nemətulla küç. və sonra mövcud xətti ilə əvəz olunub.

136 nömrəli marşrutun əvvəlki xətti:

S.Vurğun bağı – Neftçilər pr. – Yusif Səfərov küç. – Heydər Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev pr. – Mərdəkan qəsəbəsi. – Şüvəlan Şimal DRESS

Yeni xətlə:

“Qara Qarayev” metro st. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Mərdəkan qəs. – Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz olunub.

184 nömrəli marşrutun əvvəlki xətti:

Suraxanı qəs. – Heydər Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev pr. – Həsənoğlu küç. – “N.Nərimanov” metro st.

Yeni xətlə:

Suraxanı qəs. – Heydər Əliyev pr. – “Koroğlu” metro stansiyası da daxil olmaqla əvəz olunub.

Dəyişiklik 1 sentyabr 2015-ci ildən qüvvəyə minir.

Dostlarınla paylaş


Şərhlər


Top