04.11.2015
Gündəm
Zaqatalada avtomobildən oğurluq edən həbs edildi
Zaqatala rayonunda avtomobildən oğurluq edən yaxalanıb. Cars-az xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hakim Hacıyev tutulub. O, avqustun 29-da rayon sakini Elnur İsgəndərova məxsus “Seat” markalı avtomobildən 200 manat və 360 avro, habelə qızıl əşyalar oğurlayıb. Faktla bağlı araşdırma aparılır.