04.11.2015
Gündəm
Taxta qayıqla dənizin ortasında qaldılar
Dünən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1700 metr sola, nəzarətsiz ərazidə) 2 nəfərin taxta qayıqda dənizdə köməksiz vəziyyətdə qalaraq batmaq təhlükəsi ilə üzləşməsi barədə müraciət daxil olub. Cars-az nazirliyin saytına istinadən xəbər verir ki, dalğıc-xilasedicilər vətəndaşları xilas edib. Əməliyyat saat 19:00-da başa çatıb
Fərid