Bakıda avtobus belə yandı

Bakıda avtobus belə yandı

Bakı şəhərində avtobus yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib. Orada sürücüsü hələlik məlum olmayan avtobus yanıb. FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsinə nail olub. FHN- in mətbuat xidmətindən avtobusda sərnişin olmadığı bildirilib. Bildirilib ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. "TRANS-QEYT" MMC-yə məxsus sərnişin avtobusunun yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fərid

Dostlarınla paylaş


Şərhlər


Top