04.11.2015
Gündəm
Rusiyada erməniyə verilən sürücülük vəsiqəsində TƏHLÜKƏ - ŞOK FOTO
Rusiyanın Dövlət Avtomobil Müfəttişliyi İdarəsi Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində doğulan Petrosyan Arşak Valeriviç adlı şəxsə sürücülük vəsiqəsi verib. Cars-az-ın publika.az-a istinadən verdiyi məlumata görə, Moskvada verilən sürücülük vəsiqəsində 1985-ci il təvəllüdlü Arşak Petrosyan Valeriviçin doğulduğu yer “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib.
Məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mövqeyini öyrənməyə cəhd edəcəyik.