04.11.2015
Avtobazar
Azərbaycanda avtomobilə maraq kəskin azalıb
Azərbaycanda avtomobilə sahiblənmək istəyənlərin sayı kəskin dərəcədə azalıb. Cars-az-ın Dövlət Gömrük Komitəsinin statistik hesabatına istinadən verdiyi məlumata görə, 2015-ci il yanvar - iyul aylarında Azərbaycana 19476 avtonəqliyyat vasitəsi idxal olunub. Ötən ilin eyni dövründə bu göstərici 38338 olub. 7 ay ərzində idxal edilən maşınların 17345 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin eyni dövründə bu göstərici 34 618 ədəd təşkil edib. Bundan başqa, hesabat dövründə ölkəyə 1275 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin eyni dövründə 3263 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.