04.11.2015
Avtobazar
Turistlər sürücüsüz taksilərdən istifadə edəcəklər
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində sürücüsüz taksilərin istifadəyə verilməsi planlaşdırılır. İkt.lent.az-ın “Rosbalt”a istinadən verdiyi məlumata görə, xidməti istifadəyə verəcək “DeNa” şirkətinin nümayəndələrinin sözlərinə görə, unikallığı ilə seçilən servis idmançılara və Tokionun qonaqlarına göstərilən xidməti keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verəcək. Avtomobillərin avtomatik rejimdə hərəkətini nəzərdə tutan sınaqların keçirilməsi üçün şirkət əməkdaşları “Toyota Prius” hibrid modellərini seçiblər.