Təmirə verdiyi maşınını başqasının klipində görüb ŞOK oldu – FOTO

Təmirə verdiyi maşınını başqasının klipində görüb ŞOK oldu – FOTO

Təmirə verdiyi maşınını başqasının klipində görüb ŞOK oldu – FOTO

Avtomobil təmirçisi tanınmış aktyorun maşınından pul qazanmaqdan çəkinməyib. Gün.az “Vatan” qəzetinə istinadən xəbər verir ki, “Kiçik sirlər”, “Pis yeddilik” kimi seriallara çəkilən, “Qızlar vəanaları” adlı teleproqramın aparıcısı olan Ümit Kantarcılar gözləmədiyi “sürpriz”lə üzləşib. Özünün “Chevrolet Apache” markalı klassik avtomobilini düzəltdirmək üçün ustaya verib tətilə yollanan aparıcı qayıdanda qəribə hadisə ilə qarşılaşıb. Telekanallardan birində maqazin verilişinə tamaşa edən Ü.Kantarcılar orada göstərilən kliplərdən birində öz avtomobilindən istifadə edildiyini görərək şoka düşüb. Sonra məlum olub ki, usta Ü.Kantarcılardan xəbərsiz onun maşınını Mustafa Cecelinin klipində istifadə edilməsi üçün icarəyə verib. Ü.Kantarcılar özbaşına hərəkət edən ustanı məhkəmə verərək, klassik maşınını satışa çıxarıb.

Dostlarınla paylaş


Şərhlər


Top