Azərbaycandakı avtomobil hissələrinin 80 faizi saxtadır

Azərbaycandakı avtomobil hissələrinin 80 faizi saxtadır

Azərbaycandakı avtomobil hissələrinin 80 faizi saxtadır

Azərbaycanın avtomobil bazarında satılan ehtiyat hissələrinin 70-80%-i saxtadır. Cars-az xəbər verir ki, bu barədə fins-ə açıqlamasında ehtiyat hissələrinin istehsalı ilə məşğul olan «Bosch» şirkətinin direktor müavini Fariz Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycana saxta ehtiyat hissələri əsasən Türkiyə, Dubay və Çindən gətirilir. Bu ehtiyat hissələrinin böyük qismi isə Hyundai, KİA və Mercedes avtomobillərinə aiddir. «Saxta ehtiyat hissələri içərisində avtomobilin elektron sistemləri daha çoxdur. Bunlara fənərlər, sensorlar, mühərrik məlumat ötürücüləri, hava tənzimləyiciləri, şamlar və s. aid etmək olar»-deyə direktor bildirib.

Dostlarınla paylaş


Şərhlər


Top