Azərbaycanda avtomobil sığortalanmasının sayı azaldı

Azərbaycanda avtomobil sığortalanmasının sayı azaldı

Azərbaycanda avtomobil sığortalanmasının sayı azaldı

2015-ci ilin 7 ayında sığorta ödənişlərinin məbləği kasko sığortasında 7,7% azalaraq, 14,6 milyon manat təşkil edib.

Cars-az bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.

“Bu sığorta növü üzrə yığımlar isə 13% azalıb”-deyə, ASA qeyd edib.

Bundan başqa, kasko sığortası üzrə sığortaçılar tərəfindən toplanan vəsaitin həcmi isə 18,4 milyon manat olub. Qeyd edək ki, bir müddət əvvəl ASA rəhbəri Orxan Bayramov Oxu.Az-a bildirmişdi ki, kaskonun inkişafı vaxt tələb edəcək:

“Heç kim köhnə avtomobillərini sığorta etdirmək barəsində düşünmür. Bu da sığortanın bu növu üzrə ödənişlərə və yığımlara öz təsirini göstərir”, - deyə, o qeyd etmişdi.

Dostlarınla paylaş


Şərhlər


Top