04.11.2015
Avtobazar
Almaniyadan maşın almaq istəyən qadın aldadıldı - Bakıda
Bakıda avtomobil almaq istəyən qadın dələduzluqla üzləşib. Cars-az lent.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini, 1952-ci il təvəllüdlü Abdiyeva Lətifə Süleyman qızı tanışı Elman adlı şəxsə Almaniyadan "Mercedes" markalı avtomobil gətirməsi üçün 10 min manat verib. Lakin həmin şəxs qadının etibarından sui-istifadə edib və pulun verilməsindən bir neçə ay keçməsinə baxmayaraq vədinə əməl etməyib. L.Abdiyevanın müraciəti əsasında araşdırma aparılır.
Fidan