"Lada"nın Azərbaycan və Avropada satışı artıb

"Lada"nın Azərbaycan və Avropada satışı artıb

"Lada"nın Azərbaycan və Avropada satışı artıb

Rusiyanın "AvtoVAZ" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycanda avtomobil satışının həcmi bu ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% artıb.

Cars-az xarici mətbuata istinadən xəbər verir ki, bu müddət ərzində Azərbaycanda "Lada"nın 1 715 ədəd avtomobili satılıb. Bunlardan ən populyar olan "Lada 4x4" və "Lada Priora" modelləridir.

Həmçinin, "Lada"nın Avropada da satışı artıb. Belə ki, 2015-ci ilin ilk yarısında Avropa ölkələrində 1 301 avtomobil satılıb, bu isə ötən illə müqayisədə 25% çoxdur. Burada ən populyar "Lada 4x4" modeli olub. Ümumilikdə isə "Lada"nın Avropaya ixracının həcmi 45,9% azalıb.

Rusiyada isə bu il ərzində 161 630 avtomobil satılıb ki, bu da 2014-cü illə müqayisədə 27% azdır.

Dostlarınla paylaş


Şərhlər


Top