Məqalələr

  • Bu yolda hər gün bir adam ölür

    Dünyanın ən qorxulu məkanları Ardını oxu

  • Avtobus piyadanı vurdu

    Piyada aldığı xəsarətdən yerindəcə keçinib Bakıda ötən gecə avtobus sürücüsü tərəfindən törədilən dəhşətli qəza ilə bağlı təfərrüatlar məlum olub. Cars-az xəbər verir ki, bu barədə Sabunçu Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, dünən saat 22 radələrində 58 yaşlı Rasim Quliyev idarə etdiyi "Daewoo" markalı, 99 JA 309 dövlət nömrə nişanlı avtobusla yolu keçmək istəyən 44 yaşlı Reyhan Nurullayevanı vurub. Piyada aldığı xəsarətdən yerindəcə keçinib. Qəza avtobus yoldakı dairəyə yaxınlaşarkən baş verib. Qəzadan sonra piyada zərbədən bir neçə metr kənara, yol kənarına düşüb. Burada piyadanın günahı olub, o,  qadağan olunmuş və təhlükəli ərazidə, özü də qaranlıq vaxtı yol keçib. Dəhşətlisi odur ki, dairənin bir addımlığında baş verən qəzada avtobusun yüksək sürətlə hərəkəti inkarolunmazdır. Əgər avtobus dairəyə yaxınlaşarkən əyləci basmış və ya sürətini azaltmış olsaydı, piyada zərbədən sonra yol kənarına düşməzdi. Çünki dairəyə daxil olan avtobus heç cür qadının canını tapşırdığı yerdən keçə bilməz. Keçirsə, bunun özü avtobus sürücüsünün kobud qayda pozuntusudur. Onu da əlavə edək ki, qəzanın baş verdiyi Yavər Əliyev küçəsi yaşayış məntəqəsindən  keçir və orada avtomobillərin sürəti saat 60 kilometrdir. Ardını oxu

  • Sürücüsüz avtomobil bütün ölkəni gəzdi

    Avtomobilə cəmi iki dəfə sürücü müdaxiləsinə ehtiyac duyulub ABŞ-da sürücüsüz avtomobil San Fransiskodan Nyu York kimi 5 min 500 kilometrlik marşrutda qət edib. Cars-az xarici mətbuata istinadən xəbər verir ki, “Delphi Automotive”in lazer sensorları, kameralar və radarlarla təchiz etdilib. 9 gün davam edən səfər zamanı avtomobilə cəmi iki dəfə sürücü müdaxiləsinə ehtiyac duyulub. Müdaxilələrdən biri yolda gedən təmir işlərinə görə olub. İkinci isə sistemin avtomobilin sıx olan sol zolağa keçməsi zamanı olub. Ardını oxu

  • Maşın qəzada bu vəziyyətə düşdü

    Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib Cars-az cenubnews-a istinadən xəbər verir ki, Bakı-Astara yolunun Masallı rayon ərazisindən keçən hissəsində, Musaküçə kəndi dairəsi yaxınlığında, Masallı rayon Musaküçə kənd sakini Talıb Qardaş oğlunun idarə etdiyi "VAZ 21011" markalı 44 BH 130 dövlət nömrə nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olərkən əks istiqamətdən gələn "SHACMAN" markalı yük maşını ilə toqquşub. Güclü zərbə nəticəsində minik avtomobili deformasiyaya uğrayıb, sürücü hadisə yerində dünyasını dəyişib. Maşında sıxılaraq qalan sürücü, Masallı rayon Musaküçə kənd sakini Talıb Qardaş oğlunun meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri isə aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq. Ardını oxu

Biləcəri dairəsi kiçildildi

Biləcəri dairəsi kiçildildi

Deformasiyaya uğramış yerlər yenidən bərpa olunur Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində işlər davam etdirilir. Cars-az xəbər verir k, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən oxu.az verilən məlumata görə, uzunluğu 335 m olan küçənin 235 m hissəsində 12 m enində genişləndirilmə işləri həyata keçirilib. Belə ki, həmin hissədə torpaq yatağı yenidən tikilərək birqat asfalt-beton örtük döşənib.  Həmin ərazidə yerləşən dairənin diametri 34 m-dən 22 m-ə qədər kiçildilib. Bundan əlavə Avtovağzal istiqamətində deformasiyaya uğramış yerlər yenidən bərpa olunur. Hazırda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınması  işləri aparılır. Ardını oxu

Tıxac harada var?

Tıxac harada var?

Heydər Əliyev prospekti bağlıdır Bu gün səhərdən Bakının bir sıra mərkəzi küçələrində nəqliyyatın sıxlığı müşahidə edilir. Cars-az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bildirir ki, Sumqayıt şosesi (Bakı Beynəlxalq Avtovağzalın qarşısı), Moskva - Tiflis prospekti (şəhər istiqamətində), Atatürk prospekti (Gənclik metrosu istiqamətində) və Mikayıl Müşfiq küçəsində nəqliyyat vasitələrinin sıxlığı var. Qeyd edək ki, Heydər Əliyev prospekti bağlıdır (şəhər istiqamətində əsas yol). Ardını oxu

Elçi gedən ailənin 4 üzvü qəzada öldü

Elçi gedən ailənin 4 üzvü qəzada öldü

Daha 4 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb Ardını oxu

Top