Biləcəri dairəsi kiçildildi

Biləcəri dairəsi kiçildildi

Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində işlər davam etdirilir. Cars-az xəbər verir k, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən oxu.az verilən məlumata görə, uzunluğu 335 m olan küçənin 235 m hissəsində 12 m enində genişləndirilmə işləri həyata keçirilib. Belə ki, həmin hissədə torpaq yatağı yenidən tikilərək birqat asfalt-beton örtük döşənib. Həmin ərazidə yerləşən dairənin diametri 34 m-dən 22 m-ə qədər kiçildilib. Bundan əlavə Avtovağzal istiqamətində deformasiyaya uğramış yerlər yenidən bərpa olunur. Hazırda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınması işləri aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top