Mirzoyan adına küçənin adı dəyişdirilib

Mirzoyan adına küçənin adı dəyişdirilib

Qazaxıstanın paytaxtı Astana şəhərində Levon Mirzoyan adına küçənin adı dəyişdirilib. Cars-az "Newskaz"a istinadən xəbər verir ki, bununla bağlı Astana şəhər hakimiyyəti və məsləhət şurası qərar imzalayıb. Məlumata görə, həmin küçə Kanış Satpayev adlanacaq.

Dəyişikliklə bağlı qərar 2015-ci il martın 31-də Astana şəhəri Ədliyyə Departamentində qeydiyyatdan keçib. Qərarın icrası 10 təqvim günündə gerçəkləşdirilməlidir.

Dostlarınla paylaş


Şərhlər


Top