04.11.2015
Gündəm
Tıxac harada var?
Bu gün səhərdən Bakının bir sıra mərkəzi küçələrində nəqliyyatın sıxlığı müşahidə edilir. Cars-az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bildirir ki, Sumqayıt şosesi (Bakı Beynəlxalq Avtovağzalın qarşısı), Moskva - Tiflis prospekti (şəhər istiqamətində), Atatürk prospekti (Gənclik metrosu istiqamətində) və Mikayıl Müşfiq küçəsində nəqliyyat vasitələrinin sıxlığı var. Qeyd edək ki, Heydər Əliyev prospekti bağlıdır (şəhər istiqamətində əsas yol).