Elçi gedən ailənin 4 üzvü qəzada öldü

Elçi gedən ailənin 4 üzvü qəzada öldü

Türkiyədə 4 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, hadisə Sakarya – Akyazı magistral yolunun Horozlu kəndi ərazisindən keçən hissəsində baş verib. Qəzaya təkərlərin partlaması nəticəsində avtomobvilin yoldan çıxaraq dərəyə aşması səbəb olub. Qəza nəticəsində avtomobildə olan 4 nəfər ölüb, 4 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yoldan keçən sürücülərin xəbər verməsi ilə hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub.

Avtomobildə olanların elçilik üçün İstanbuldan Düzcəyə getdikləri bildirilir.

Dostlarınla paylaş


Şərhlər


Top