Məqalələr

“Hyundai”da 100 min manat mənimsəyən məhkəmə qarşısında

“Hyundai”da 100 min manat mənimsəyən məhkəmə qarşısında

Vüqar Musayev ittiham üzrə özünü təqsirli bilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Hyundai Badamdar” MMC-nin sabiq əməkdaşı Vüqar Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Cars-az teleqraf-a istinadən xəbər verir ki, Vüqar Musayevin qanunsuz hərəkətləri barədə cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı Vüqar Musayev 10 aprel 2014-cü ildən 7 yanvar 2015-ci il tarixədək qeyd olunan şirkətin xəzinədarı vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə satışdan əldə edilən pulları kassaya mədaxildən yayındırıb. O, cəmiyyətə məxsus 91 min 200 manat məbləğində pul vəsaitlərini mənimsəyib. Vüqar Musayev Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra ifadə verən Vüqar Musayev ittiham üzrə özünü təqsirli bilib.  Ardını oxu

Qadın sürücünün amansız intiqamı

Qadın sürücünün amansız intiqamı

O, avtomobilin pəncərəsinin şüşəsi altında məktub qoyub Ardını oxu

Azərbaycan-İran sərhədində sıxlıq yaranıb

Azərbaycan-İran sərhədində sıxlıq yaranıb

Hazırda problemin aradan qaldırılması üçün lazımi tədbirlər görülür Azərbaycan-İran sərhədində sıxlıq yaranıb. Cars-az xəbər verir ki, bu barədə  Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük keçid məntəqəsində fiberoptik rabitə xəttində qəza baş verdiyi üçün avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində nisbi sıxlıq yaranıb. Hazırda problemin aradan qaldırılması üçün lazımi tədbirlər görülür və yaxın bir saat ərzində gömrük keçid məntəqəsinin normal fəaliyyəti bərpa olunacaq. Ardını oxu

Kürün üstündə 9 bal zəlzələyə tab gətirən körpü tikilir

Kürün üstündə 9 bal zəlzələyə tab gətirən körpü tikilir

Mərkəzlə 6 min nəfərin əlaqəsini təmin edən körpüdə son tamamlanma işləri aparılır Ardını oxu

Top