Məqalələr

Sabahdan havanın temperaturu düşür

Sabahdan havanın temperaturu düşür

Şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək Ardını oxu

Bakıda «Niva»nı saxlayan yol polisini döydülər

Bakıda «Niva»nı saxlayan yol polisini döydülər

Daha sonra sürücü maşını qoyaraq hadisə yerindən qaçıb Bakıda yol polisinin döyülməsi ilə nəticələnən insident baş verib. Hadisə sentyabrın 8-də Nəsimi rayonu ərazisində A.Mustafayev küçəsində baş verib. Cars-az xəbər verir ki, hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, Dövlət Yol Polis İdarəsinin əməkdaşları 10 CA 030 dövlət nömrə nişanlı “Niva” markalı maşını saxlayıblar. Səbəb maşında uzaq vuran əlavə işığın quraşdırılması olub. Bu zaman sürücü ilə DYP əməkdaşı, baş serjant Səbuhi Zeynalov arasında mübahisə yaranıb. Daha sonra sürücü maşını qoyaraq hadisə yerindən qaçıb. “Niva”da olan sərnişin isə polisi döyərək hadisə yerindən uzaqlaşıb. Araşdırma zamanı sürücünün Şamil Rüstəmov olduğu məlum olub. Polisi vuran şəxs isə Məhərrəm Səfərov olub. Hər iki şəxsin saxlanıldığı bildirilir. Ardını oxu

Taksi sürücülərunə BƏD XƏBƏR - Sentyabrın 15-dən...

Taksi sürücülərunə BƏD XƏBƏR - Sentyabrın 15-dən...

"Ağ, sarı rəngli taksilərə üstünlük veriləcək” Bakıda qanunsuz taksilər tamamilə yığışdırılacaq. Cars-az bakuws-ə istinadən xəbər verir ki, sentyabrın 15-dən etibarən paytaxtda fəaliyyət göstərən taksilərin xidməti ciddi araşdırılacaq. Araşdırmalar zamanı sürücülərin taksi fəaliyyətilə məşğul olmaq üçün lisenziyalarının olub-olmaması müəyyənləşdiriləcək. Taksi fəaliyyəti üçün lisenziyası olmayan sürücülərin maşınları dərhal cərimə meydançasına aparılacaq. Sürücülər Özlərinə isə böyük məbləğdə cərimələr tətbiq ediləcək. Qanun pozuntusuna yol verən sürücülərin kimliyindən və statusundan asılı olmayaraq onlara heç bir güzəştlər olmayacaq. Bundan başqa, lisenziyası olan, lakin taksi xidmətinə yararsız olan avtomobillərin fəaliyyətinə də son qoyulacaq. Sovet avtomobilləri, içərisində şəraiti olmayan və sərnişinlərin təhlükəsizliyinə cavab verməyən avtomobillərlə taksi xidməti göstərməyə imkan verilməyəcək. "Tutaq ki, maşın "Mercedes” markalıdır. Lakin avtomobil texniki baxımdan yararsızdır. İçərisində kondisioner və havalandırma sistemi yoxdursa və digər təhlükəsizlik göstəriciləri yetərincə deyilsə, həmin avtomobil sürücülərinə də taksi xidmətilə məşğul olmağa imkan verilməyəcək. Taksilərin rənglərinə də fikir veriləcək. Əsasən ağ, sarı rəngli taksilərə üstünlük veriləcək”, - deyə mənbədən bildirilib.  Ardını oxu

Top