04.11.2015
Gündəm
Azərbaycan-İran sərhədində sıxlıq yaranıb
Azərbaycan-İran sərhədində sıxlıq yaranıb. Cars-az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük keçid məntəqəsində fiberoptik rabitə xəttində qəza baş verdiyi üçün avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində nisbi sıxlıq yaranıb. Hazırda problemin aradan qaldırılması üçün lazımi tədbirlər görülür və yaxın bir saat ərzində gömrük keçid məntəqəsinin normal fəaliyyəti bərpa olunacaq.