Məqalələr

  • Məktəbliləri daşıyan mikroavtobus qəzaya düşdü - Yaralılar var

    "RAF" yoldan çıxaraq səkiyə çırpılıb, sonra isə "Lada Priora" markalı minik avtomobili ilə toqquşub Ağdam rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az APA-ya istinadən xəbər verir ki, insident Ağdamın İmamqulubəyli kəndində qeydə alınıb. Məktəbliləri daşıyan "RAF" markalı mikroavtobus yoldan çıxaraq səkiyə çırpılıb, sonra isə "Lada Priora" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatları müəyyənləşdirilir. Ardını oxu

  • Ziya Məmmədov müşavirəyə də çağırılmadı -VİDEO

    Bu hal nazirin faktiki olaraq səlahiyyətlərinin əlindən alınmasının növbəti göstəricisi kimi izah olunur Bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, bu tipli müşavirələrdə adətən hökumətin bütün üzvləri iştirak edir. Lakin bu gün keçirilən toplantıda Nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Bu hal nazirin faktiki olaraq səlahiyyətlərinin əlindən alınmasının növbəti göstəricisi kimi izah olunur. Ardını oxu

  • Avtovağzal qarşısındakı sürüşmədən əmələ gələn çatlar böyüyür

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama verib Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə, çökmə ərazisinin əhatə dairəsi genişlənib. Cars-az-ın xəbərinə görə, bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib. Onun sözlərinə görə, hazırda həmin ərazidə sürüşmə, çökmə aktiv fazadadır: "Orada vəziyyət daha da pisləşib, çatlarda müəyyən qədər genişlənmə olub. Oturma daha da intensivləşib. Istinad divarı bir qədər də avtovağzal tərəfə irəliləyib". Ə.Piriyev qeyd edib ki, ərazidə aktivləşmə yağış və suvarılma sularının təsirindən baş verib: "İstinad divarının arxasında tökmə torpaqdır. Orda suvarılma və yağışların təsiri nəticəsində torpaqlarda doyma prosesi baş verib. Müəyyən qədər torpaq dayanıqlığını itirib və avtovağzal tərəfə hərəkət edib. Orda diamemtri böyük olan borularla intensiv olaraq, selləmə suvarılma işləri aparılırdı. Yağışlar da bu sularla birləşəndə bu, bütün sahələrdə çökmə, oturma prosesini daha da artırıb, intensivləşdib. Orda torpaq dayanıqlığını itirdiyindən müəyyən qədər avtovağzal tərəfə irəliləyib". Hazırda ərazidə istinad divarının irəliləməsinin qarşısının alınması üçün bərkidilmə işlərinin aparıldığnı deyən Ə.Piriyevin sözlərinə görə, həmin ərazi yeni tikilən metro stansiyası, Bakı-Sumqayıt yolu üçün problem yaratmır və gələcəkdə də problemin yaranacağı gözlənilmir: "Artıq ərazidə selləmə suvarılmanın qarşısı alınır. Onda da ərazidə heç bir təhlükə olmayacaq. Ordakı yaşıllığı da məhv etmək olmaz, amma sulamanı öz həddində aparmaq lazımdır". Ə.Piriyev qeyd edib ki, hazırda yalnız Bakın Zığ sürüşmə sahəsində nisbətən aktivləşmə var. Ümumilikdə isə ölkə üzrə sürüşmə sahələrində sakitlikdir. Ardını oxu

  • Boyu 165 santimetrdən yuxarı olanların nəzərinə

    DİN vakant yerlərin siyahısını təqdim edir Ardını oxu

Yeni yol sürücülərin ixtiyarına verildi

Yeni yol sürücülərin ixtiyarına verildi

Həsən Əliyev küçəsində yeni yol hissəsi salınıb Ardını oxu

Bir-birinə yol verməyən sürücülərin davası: dəyənəklər göydə oynadı

Bir-birinə yol verməyən sürücülərin davası: dəyənəklər göydə oynadı

""Hyundai" və ""Priora"" markalı avtomobillərin sürücüləri bir-birinə yol verməmək üstündə mübahisə ediblər Bakıda sürücülər yol verməmək üstündə dubinka davasına qalxıblar. Cars-az xəbər verir ki, hadisə şahidlərinin Criminal.az-a verdikləri məlumata görə, hadisə bu gün saat 09 radələrində Ziya Bünyadov prospektində (Dərnəgül yolu) baş verib. ""Hyundai" və ""Priora"" markalı avtomobillərin sürücüləri bir-birinə yol verməmək üstündə mübahisə ediblər. Hər iki sürücü avtomobilini saxlayaraq məsələni həll etmək istəyib. Lakin ""Priora""dan düşən 3 nəfər ""Hyundai""ın sürücüsünü dayanmağına peşman ediblər. Onlar dəyənəklə ""Hyundai""yı əzməyə başlayıblar. Bununla da ürəyi soyumayan şəxslər sürücünü döyüblər. Yaxınlıqdakı insanlar sürücünü hiddətlənmiş şəxslərin əlindən alıblar. Ardını oxu

Avtomobili aşırdı, dostu öldü, özü isə…

Avtomobili aşırdı, dostu öldü, özü isə…

Bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən qəza törətmiş sürücü 6 il cəza aldı Ardını oxu

İstirahət günlərində baş vermiş yol qəzalarının sayı açıqlanıb

İstirahət günlərində baş vermiş yol qəzalarının sayı açıqlanıb

Hər bir faktla bağlı araşdırma aparılır Azərbaycanda istirahət günlərində baş vermiş yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 10-da respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb. Oktyabrın 11-də isə respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb. Hər bir faktla bağlı araşdırma aparılır. Ardını oxu

Top