Məqalələr

  • Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gecikməsinin səbəbləri açıqlanıb

    Azərbaycan layihənin tikinti işlərini 2016-cı ildə yekunlaşdıracaq Ardını oxu

  • Bakının mərkəzində uşaqların ölüm oyunu

    Faktla bağlı ərazinin sahə müvəkkili tərəfindən müvafiq tədbir görüləcəyinə söz verdilər Bakının mərkəzində uşaqların "dilənmə oyunu" yolda təhlükəli vəziyyət yaradıb. Cars-az xəbər verir ki, bu barədə Anar Bağırov adlı oxucu milli.az-a ünvanladığı müraciətində qeyd edib ki, bu gün Bakıda kiçik yaşlı uşaqların yolun ortasında həm özlərinin, həm də digərlərinin həyatı üçün təhlükə yaratdığının şahidi olub: "Mərkəzi Univermaqdan Dram Teatrına tərəf gedən yolda, Şahmat məktəbinin qarşısında 3-4 uşaq avtomobillərə yaxınlaşıb dilənirdilər. Lakin bəzən istədiklərini əldə etməyəndə maşındakılardan əl çəkmir, hətta artıq hərəkət etməkdə olan avtomobilin qapısından, şüşəsindən və güzgüsündən sallanırdılar. Avtomobildəki sürücü və sərnişinlər də uşaqların bu xatasından uzaq olsunlar deyə, çıxarıb onlara pul verirdilər ki, canlarını birtəhər qurtarsınlar. Ərazinin müşahidə kameralarının nəzarətində olmasına baxmayaraq, orada olduğum müddətdə heç bir polis gəlib bu təhlükənin qarşısını almağa çalışmadı". Oxucunun fikrincə, azyaşlıların bu cür təhlükəli "dilənmə üsulu" həm uşaqların, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratdığından bununla bağlı dərhal ciddi tədbir görülməlidir. Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi ilə əlaqə saxladıq. Bölmədən onlara adıçəkilən ərazidə belə halların baş verdiyi barədə məlumatın daxil olmadığını desələr də, faktla bağlı ərazinin sahə müvəkkili tərəfindən müvafiq tədbir görüləcəyinə söz verdilər. Ardını oxu

  • "Taksim" bağlandı

    Stansiyanın müvəqqəti bağlanmasına səbəb elektrik təchizatında fasilələr olub İstanbulda "Taksim" metro stansiyası müvəqqəti bağlanıb. Cars-az Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu stansiyanın bütün giriş və çıxışlarına polis dəstələri nəzarət edir. İlkin məlumata görə, stansiyanın müvəqqəti bağlanmasına səbəb elektrik təchizatında fasilələr olub.  Ardını oxu

  • Dayanacaqlarda üzülən sərnişinlərə: "Bir azca da dözün"

    "Növbəti marşrutlar üzrə avtobusların nə vaxt xəttə buraxılacağı hələlik məlum deyil" Ardını oxu

İntizamsız sürücülər hədəfdə

İntizamsız sürücülər hədəfdə

Mərkəz vətəndaşlara müraciət edib NİİM avtobus, taksi və ya avtomobil sürücülərinin qayda pozuntularında qarşı mübarizəyə başalyıb. Cars-az xəbər verir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin saytında (www.niim.az) “ictimai qınaq” bölməsi artıq aktivdir. “Hörmətli vətəndaşlar! www.niim.az saytında “ictimai qınaq” bölməsi artıq aktivdir. Qayda pozuntularında qarşı mübarizədə sizin də dəstəyiniz çox vacibdir. Gördüyünüz, şahidi olduğunuz avtobus, taksi və ya avtomobil sürücülərinin qayda pozuntularını, dayanacaqların qarşısında dayanan avtomobillərin fotolarını [email protected] elektron ünvanına göndərin. Həmin fotolar niim.az saytının "ictimai qınaq" bölməsində yerləşdiriləcəkdir”.-  NİİM vətəndaşlara müraciət edib. Ardını oxu

Gələn ildən pilotsuz avtomobillər olacaq

Gələn ildən pilotsuz avtomobillər olacaq

"Şəhərdə pilotsuz avtomobillər üçün uzunluğu 6 kilometr olan yol inşa ediləcək" Bu il Sinqapur yollarında pilotsuz avtomobillər xəttə buraxılacaq. Cars-az ixbt.com saytına istinadən məlumatına görə, bu, şəhərin müəyyən yerində istifadəyə veriləcək sınaq layihəsi olacaq. 2016-cı ildə isə robotlaşdırılmış avtomobillər yol hərəkətinin tamhüquqlu iştirakçısı ola biləcəklər. Söhbət ictimai nəqliyyatdan gedir. Artıq şəhər-dövlət müxtəlif şirkətlərdən layihənin icrası ilə bağlı 8 təklif alıb. Bu layihənin icrasına gələn ilin ikinci yarısında başlanılması nəzərdə tutulur. Bununla bağlı ətraflı məlumat yoxdur. Ancaq görünən odur ki, söhbət 2016-cı ilin ikinci yarısına təxirə salınan həmin layihədən gedir. Yerdə qalan vaxt ərzində Sinqapur digər sınaqları da keçirməyə imkan tapacaq. Xüsusilə də JTC şirkəti ilə birgə həyata keçirilən layihə. Belə ki, şəhərdə pilotsuz avtomobillər üçün uzunluğu 6 kilometr olan yol inşa ediləcək. Bu yolda müəyyən texnoloji qərarlar işləniləcək. Ardını oxu

Bakıda maşın piyadanı göyə uçurdu

Bakıda maşın piyadanı göyə uçurdu

"Piyadaların çoxu oradan yolu həyatlarını təhlükəyə ataraq keçirlər" Ardını oxu

Top