İntizamsız sürücülər hədəfdə

İntizamsız sürücülər hədəfdə

NİİM avtobus, taksi və ya avtomobil sürücülərinin qayda pozuntularında qarşı mübarizəyə başalyıb. Cars-az xəbər verir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin saytında (www.niim.az) “ictimai qınaq” bölməsi artıq aktivdir. “Hörmətli vətəndaşlar! www.niim.az saytında “ictimai qınaq” bölməsi artıq aktivdir. Qayda pozuntularında qarşı mübarizədə sizin də dəstəyiniz çox vacibdir. Gördüyünüz, şahidi olduğunuz avtobus, taksi və ya avtomobil sürücülərinin qayda pozuntularını, dayanacaqların qarşısında dayanan avtomobillərin fotolarını [email protected] elektron ünvanına göndərin. Həmin fotolar niim.az saytının "ictimai qınaq" bölməsində yerləşdiriləcəkdir”.- NİİM vətəndaşlara müraciət edib.

Dostlarınla paylaş


Şərhlər


Top