04.11.2015
Gündəm
Ziya Məmmədov müşavirəyə də çağırılmadı -VİDEO
Bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, bu tipli müşavirələrdə adətən hökumətin bütün üzvləri iştirak edir. Lakin bu gün keçirilən toplantıda Nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Bu hal nazirin faktiki olaraq səlahiyyətlərinin əlindən alınmasının növbəti göstəricisi kimi izah olunur.