04.11.2015
Gündəm
Daha bir marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilib
Paytaxtda sərnişindaşıma sahəsində optimallaşdırma işləri davam etdirilir. Cars-az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, oktyabrın 12-dən paytaxtda 63 saylı (əvvəlki 6 saylı) marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik edilib. Belə ki, əvvəllər Oksford məktəbi-Elmlər Akademiyası m/s–Bakıxanov küç.–Həsən Əliyev küç.–Gənclik (5 saylı xəstəxana)–Ağa Nemətulla küç.–F.Xoyski küç.–Montin bazarı istiqamətində hərəkət edirdisə, sabahdan etibarən Oksford məktəbinin qarşısından metronun “Gənclik” stansiyasının yaxınlığına kimi fəaliyyət göstərəcək.