04.11.2015
Gündəm
Bakıda iki qadını maşın vurdu: 1-i öldü
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş yol qəzaları ilə bağlı məlumat yayıb. Cars-az DİN-ə istinadən xəbər verir ki, oktyabrın 9-da saat 10 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Sabirabad rayon sakini Xəyal Abbasov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rəqsanə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş R.Zeynalova ölüb. Oxşar hadisə Nərimanov rayonu F.X.Xoyski prospektində də baş verib. Prospektdə müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakini Ləman Aslanova vurub. L.Aslanovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Hər iki faktla bağlı Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Fidan